Qərb mediası Qarabağda müharibə ehtimalından yazır

19-02-2015, 10:16   
Qərb mediası Qarabağda müharibə ehtimalından yazır

Vəfa Quluzadə: «Rusiya burada böyük bir provakasiya edə və müharibə ilə bütün regionu öz nəzarəti altına ala bilər»
Son vaxtlar Dağlıq Qarabağda atəşkəsin mütəmadi pozulması fonunda təhlilçilər iki ölkə arasında “müharibənin təsadüfən başlayacağı” barədə xəbərdarlıq edirlər. Onların fikrincə, hətta Rusiya münaqişədən regionda gücünü artırmaq üçün yararlana bilər. “Azadlıq” radiosunun məlumatına görə, bunu “Newsweek”də Felicity Capon yazır.
Müəllif bu ilin əvvəlindən münaqişədə azı 10 nəfərin həlak olduğunu qeyd edir. Ekspertlər bu il regionda vəziyyətin pisləşməsinə diqqət çəkirlər. Təkcə yanvarda atəşkəsin 5 min dəfə pozulduğu bildirilir. Ermənistanlı təhlilçiÿ Riçard Giragosianÿ"Newsweek"ə deyib ki, o, təsadüfi müharibənin başlaya biləcəyindən, kiçik atışmaların nəzarətdən çıxacağından narahatdır. Onun sözlərinə görə, itki sayı ərazi, coğrafiya ilə tərs mütənasibdir, belə ki, atışmalar adətən yayda qızışır. O, bir neçə aya döyüşlərin arta biləcəyini deyir.
Məqalədə qeyd olunur ki, tərəflər daha çox silahdan istifadəyə meyllidir. Azərbaycan və Ermənistan isə dünyada ən çox silahlanmış 10 ölkə sırasındadır. Rusiya da hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Bir tərəfdən Ukrayna böhranı, digər tərəfdən Gürcüstanla münasibətlərini nəzərə alsaq, ekspertlər narahatdır ki, Rusiya regionda gücünü möhkəmləndirmək üçün daha riskli hərəkətə gedə bilər.
Giragosian deyir ki, Rusiya üçün ən yaxşısı status kvonun saxlanmasıdır: nə hərb, nə sülh. Ancaq Putin rıçaq əldə etmək üçün döyüşləri qızışdıra, sülhməramlı yerləşdirə bilər: “Ukrayna hadisələri göstərdi ki, Moskvadan rasional hərəkət gözləməyə dəyməz”.
Digər tərəfdən, Azərbaycan mətbuatı ABŞ-ın Dağlıq Qarabağ rejimini silahlandırdığını yazıb. “Newsweek”ÿbu iddiaların kökünü tapa bilməyib, ancaq Giragosian deyib ki, Amerika əvvəllər də yardım edib, son iki ildə isə yardıma nəzarət mümkün olmadığı üçün dayandırılıb.
Londonda yerləşən Hərb və Sülh Institutundanÿ Con Makleodÿ deyir ki, işlər doğrudan da pisləşib: “Rusiyanın indiki maraqları və duruma nə dərəcədə müdaxilə etdiyini bilmirik. Ancaq rusiyalılar regionda fəal oyunçulardır və ərazi maraqları da var”.
Makleod da inanır ki, Rusiya nüfuzunu saxlamaq üçün regiona “sülhməramlılar”ÿgöndərə bilər. Müəllif dinc sakinlərin də atışma qurbanı olduqlarını vurğulayır: “Münaqişənin vaxtı da mühüm tarixə təsadüf edir. Bu il Türkiyədə ermənilərin soyqırımının 100 illiyi qeyd olunur. Onsuz da gərgin vəziyyət daha da ağırlaşa bilər”.
“Financial Times”daÿRobert Hunterÿyazır ki, ötən həftə Minskdə əldə olunmuş atəşkəs ən yaxşı halda, başlanğıcın sonu oldu, hətta deyəsən, ola da bilmədi. Vladimir Putinin Krımı tutması, onun Ukraynada qeyri-sabitlik yaratmaq cəhdləri, periferiyasındakı digər ölkələri qorxutması bir suala cavabdır: “Qərb sovet imperiyasının qalıqları ilə necə davranmalıdır? Onlar düzgün şəkildə rədd edilib. Ancaq Qərbin cavabı - sanksiyalar, Kiyevə döyüş silahları - sadəcə, taktikadır. Bizə strategiya lazımdır.
Heç nə Putinin beynəlxalq sazişləri pozmasına haqq qazandıra bilməz. Ancaq biz də keçmişi anlamadan strategiya yarada bilmərik. Vaxtilə Moskva daha az əməkdaşlığa meyl göstərsə də, Qərb (xüsusilə də ABŞ) Rusiyanın zəifləməsindən faydalanıb. Amerikanın Mərkəzi Avropada müdafiə raketləri yerləşdirmək qərarı NATO-nun həmin əraziyə qüvvə göndərməmək öhdəliyinə ziddiyyət təşkil edib".
Qərb mətbuatının yazdıqlarını şərh edən politoloq Vəfa Quluzadə deyir ki, Rusiya Cənubi Qafqazı tamamilə öz tərəfinə çəkmək istəyir. Osetiya və Abxaziyanın işğal olunmasıyla əlaqədar Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri qırdığını vurğulayan politoloq, bu ölkənin Avropa Ittifaqı və NATO-ya qoşulmaq haqda bəyanatlarını yada salır: “20 ildir ki, Ermənistan nə hərb, nə də sülh vəziyyətindədir. Azərbaycan da Medvedev və Putinlə görüşlərin nəticəsiz olduğunu dəfələrlə görüb. Atəşkəs xəttində gündə qan tökülür və hər dəqiqə müharibə başlaya bilər. Bu vəziyyətdə Rusiya hansı əməliyyatla vəziyyəti öz xeyrinə həll edə bilər? Ermənistanla bizim aramızdakı müharibəyə gəlincə, Rusiya öz istədiyi kimi sülh, Azərbaycan-Ermənistan əlaqələrini tənzimləməyi əsas götürür. Bunu da bir şərtlə edir: hər iki Qafqaz ölkəsi Avrasiya və Gömrük Ittifaqına daxil olsun, Azərbaycan da Qərblə bütün əlaqələri kəssin. Belə bir təhlükə var. Rusiya bu varianta əl ata bilər. Rusiyanın Azərbaycanın 7 rayonunu qaytara bilməsilə bağlı danışılanlar boş söhbətlərdir. Əsas məsələ odur ki, Rusiya burada böyük bir provakasiya edə və müharibə ilə bütün regionu öz nəzarəti altına ala bilər”.
V.Quluzadə qeyd edir ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları təhlükə altındadır. Onun Cənubi Qafqazı özünə, Avrasiya Ittifaqına cəlb etmək üçün heç bir iqtisadi imkanı yoxdur. Avrasiya Ittifaqında olan ölkələrinin buna görə peşman olduqlarını deyən politoloq həmin dövlətlərin probleminin böyük olduğunu vurğulayır: “Rusiyanın əlində nüvə silahı və müti xalqı var. Bununla da onu Amerika və NATO-nun əleyhinə qaldıra bilər. Cənubi Qafqaza Rusiya tərəfindən təhlükənin olması mümkündür. Qafqaz ölkələri buna yol verməmək üçün ciddi düşünməlidir. Təkbaşına bunun öhdəsindən gəlmək mümkün deyil. Konkret halda, Azərbaycan Qərblə əlaqələrinin hansı formada qurulmasına diqqət yetirməli və başına belə bir iş gəlməməsi üçün addım atmalıdır”.
Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.