Rusiyanın Ukraynadan sonra hədəfində Baltikyanı ölkələr dayanır.
ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon açıqlama verib.
Onun sözlərinə görə, prezident Putin Baltik ölkələrini tez-tez hədələyir. Nazir daha da irəli gedərək Rusiya liderinin İŞİD qədər böyük təhlükə olduğunu deyib.
Rusiya tərəfi isə britaniyalı nazirin cavabını verməkdə gecikməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, Böyük Britaniyanın müdafiə naziri Rusiyanı İŞİD-lə müqayisə edərkən nə danışdığını özü də başa düşməyib.