Lavrov Qərbə hədə-qorxu gəlir

20-02-2015, 10:06   
Lavrov Qərbə hədə-qorxu gəlir
Rusiya Amerika və NATO-nun Cənubi Qafqazdakı nüfuzundan qorxur

«NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır».
“RIA Novosti”nin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib: “Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya cəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”.
Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur. Xatırladaq ki, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub.
Görəsən, Rusiya NATO-nun Cənubi Qafqaza gəlməsindən niyə təşviş keçirir?
Politoloq Vəfa Quluzadənin qənaətincə, Rusiyanın hazırda əsas strateji məqsədi itirilmiş torpaqları qaytarmaqdır. Həmin itirilmiş torpaqlar da Cənubi Qafqaz, Mərkəzi Asiya və Baltik respublikalarıdır. Politoloqa görə, Cənubi Qafqaz və Gürcüstanda Amerikanın, NATO-nun hərbi bazası olarsa, eləcə də Gürcüstan NATO-nun üzvü olsa, o, artıq bütün Şimali Qafqaza bu vasitəylə nəzarət edə bilər:
“Gürcüstanın sahillərində 6-cı donanmanın gəmiləri dayana bilər ki, təkcə bu kifayətdir. Ona görə də bu narahatlığa görə Rusiyadan belə bəyanatlar verilir. Dəfələrlə demişəm, cəbhədəki bütün pozuntular Qərbə mesaj və hədədir. Tam miqyaslı müharibə edərək Ermənistanla Azərbaycan arasında müharibəni qızışdırmaq və Cənubi Qafqazda Amerikanın maraqlarına zərbə vurmuq məqsədi var. Neft boru kəmərləri, nəqliyyat koridorları Gürcüstan və Azərbaycandan keçir. Ermənistan artıq Rusiyanın tərkibindədir və onunla belə bir proqramları yoxdur”.
Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.