Kim trilyonçu olmaq istəyir?

8-05-2014, 18:36   

Dünyamızı dəyişə biləcək nə isə yaradan adamın şansı daha çoxdur.

2039-cu ildə il üçün 11 trilyonçu qeydiyyata alınacaq.

Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb və çox güman ki, bu, iqtisadiyyatı yüksəlişə doğru gedən Hindistan və ya Çin vətəndaşı olacaq.

Qəzet Wealth Insight konsaltinq şirkətinin əməkdaşı Oliver Uliyamın fikirlərini sitat gətirir. Uliyamın fikrincə dünyamızı dəyişə biləcək nə isə yaradan adamın şansı daha çoxdur, o insan Bil Geytsin personal kompüteri kimi bir ixtira etməlidir.

“Bu eləcə də içməli su çatışmazlığı kimi qlobal bir problemin həlli ola bilər və ya dünyanın hələ bilmədiyi bir şey, məsələn Facebook kimi bir şey ola bilər”, - Uliyam vurğulayıb.

O hesab edir ki, ilk trilyonçu kapitalın cəmləşmə prosesinin daha qabarıq olduğu ABŞ-da olacaq.

Bu gün üçün dünyada ən varlı insan Microsoft şirkətinin yaradıcısı Bill Geytsdir – 79,9 milyard dollar.

New World Wealth beynəlxalq konsultant şirkətinin məruzəsinə əsasən 2013-cü ildə ən çox milyonçu ABŞ-da olub – dörd milyondan çox.

Ondan sonra dördqat geriləmə ilə bir milyondan çox milyonçu ilə Yaponiya gəlir.

Sonra Böyük Britaniya – 815 minə yaxın, Almaniya, Çin, Kanada, İsveçrə, Braziliya, Fransa və Sinqapur (şəhər-dövlət) ilə ilk onluq qapanır.

Zənginlərin yaşadığı lider şəhərlər: London, Nyu-York, Tokio, Sinqapur və Honq-Konq (339,2 mindən 164,5 minə qədər).

İlk otuzluğun siyahısı Mumbay (37,1 min milyonçu) ilə qapanır.

Siyahıda əsasən yeddi Amerika, üç alman, iki Çin, iki yapon və iki İsveçrə şəhərinin adı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.