Con Kerri Kremli hədələdi

22-02-2015, 14:08   
Con Kerri Kremli hədələdi

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri prezident Barak Obamanın yaxın günlərdə Rusiyaya qarşı mümkün yeni sanksiyalarla bağlı qərar verəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynadakı separatçılara verdiyi dəstəklə barışmayacaq: "Rusiya regionda torpaqları işğal etməyə davam etdiyi halda, BMT-də Ukraynanın şərqindəki hadisələrə görə, məsuliyyəti Ukrayna hökumətinin üzərinə atmağa çalışır".

Qeyd edək ki, son Minsk danışıqlarından sonra Ukraynanın şərqində separatçılar daha bir vilayətdə nəzarəti ələ keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.