İrandan ABŞ-a: “Ya hər şey, ya heç nə”

22-02-2015, 14:45   


“ABŞ İranın üzərindən ya bütün sanksiyaları götürəcək, ya da ki danışıqlar olmayacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər naziri Cavad Zərif çıxış edib.

O, Tehranın tam razılaşdırılmamış heç bir müqaviləni bağlamayacağını bildirib:

“Əgər biz bu addımı atsaq o zaman Tehrana qarşı yeni sanksiyaların yürüdülməsi üçün Qərbin əlində imkanlar yaranar. Biz buradakı bütün proseslərlə bağlı Ali Dini lider Əli Xameneyini məlumatlandırmışıq və o, İran nümayəndə heyətinin mövqeyini tamamilə doğru olduğunu bildirib”.

Qeyd edək ki, bu gün Cenevrədə İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr start götürüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.