“Putin İran, Hindistan, Çin və Türkiyə ilə əlaqələrini gücləndirərək keçmiş SSRİ-yə daxil olan Mərkəzi Asiya respubliklarına təsirini gücləndirmək istəyir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə britaniyalı jurnalist Rocer Boyz çıxış edib. O, Putinin Qazaxıstanı diqqətlə izlədiyini bildirib: “Putinin Ukrayna ssenarisini Qazaxıstanda təkrarlayacağı istisna deyil. Nursultan Nazarbayev qocalır və onun özündən sonra varisi yoxdur. Ona görə də Kreml hesab edir ki, ABŞ hakimiyyətə Qərbin adamını gətirə bilər. Əgər Moskva Astanaya qarşı aqressiyasını gücləndirsə o zaman Qərbin böyük təzyiqi ilə üzləşəcək”.