Çempionlar Liqasının yarımfinal mərhələsinin "Atletiko" (Madrid) klubu ilə ilk oyunu (0:0) çərçivəsində zədələnən "Çelsi"nin qapıçısı Peter Çexin son durumuna aydınlıq gəlib.
Həmin görüşdə çiyni çıxan çexiyalı qolkiper bıçaq altına yatıb.
Uğurlu əməliyyat keçirən 31 yaşlı qapıçının ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.