DİA.AZ: - Keçən günlərdə Şamaxıda yerli məmurların ayı ovuna çıxması haqda videogörüntülrə yayılmışdı. Bildirək ki, bu olay böyük rezonansa nədən olub. Belə ki, vurduqları ayının ətini Bakıdakı məmurlara göndərəcəklərini deyən “ovçular” deyəsən, yerli rəhbərliyin də güdazına gediblər. Bu barədə DİA.AZ-a rayondan məlumat verilib.
Dia.az-a daxil olan xəbərdə deyilir: “Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Ağayevin müvafiq sərəncamı ilə ayı ovunda adı hallanan Axvaxıl kənd icra nümayəndəsi Alik Dünyamalıyev vəzifəsindən azad edilmişdir”.