Polis "Şəfəq"də seksin üstünə çıxdı

8-05-2014, 22:00   

Sabirabad rayon sakinləri, 1975-ci il təvəllüdlü Sadiq Nəzərov və 1977-ci il təvəllüdlü Həsən Sadıqov rayon ərazisində əxlaqsızlıq yuvası təşkil ediblər. Hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs ediliblər. Sadiq Nəzərov Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən inzibatçı işlədiyi “Şəfəq” restoranında əxlaqsızlıq yuvası təşkil edib. O, restoranın sahibi Vamiq Vəliyev və restoranda xidmətçi işləyən Həsən Sadıqov ilə cinayət əlaqəsinə girərək 2013-cü ilin mart ayının sonlarından kafeyə gələn müştərilərə mütəmadi olaraq cinsi əlaqədə olmaları üçün şərait yaradıblar. Xidmətçi Həsən Sadıqov 30 aprel 2013-ci il tarixdə, saat 15.00-da restorana müştəri kimi getmiş İlqar Əzizovla fahişəliklə məşğul olan G. A. ilə cinsi əlaqədə olması üçün şərait yaratmaqdan ötrü 15 manat pul alacağı barədə razılaşıblar. Həsən Sadıqov müştəridən 15 manatı alandan sonra İlqar Əzizovu fahişəlik edən qadınla birlikdə kafenin 5 nömrəli otağında göndərib. “Şəfəq” restoranının əxlaqsız yuva kimi fəaliyyətini ifşa edən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri zamanı saat 19.00-da, kafenin otaqlarına baxış keçirilib. Keçirilən baxış zamanı 5 nömrəli otaqda İlqar Əzizov G. A. ilə cinsi əlaqədə olarkən saxlanılıblar. Araşdırmalar zamanı Sadiq Nəzərov və Həsən Sadıqovun əməlində cinayət tərkibinin olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə ittiham edilib. Sadiq Nəzərov deyib ki, 2013-cü ilin mart ayında Sabirabad rayonundan olan Vamiq onunla telefon əlaqəsi saxlayaraq Qalaqayın kəndində yerləşən “Şəfəq» restoranında inzibatçı kimi işləməyi təklif edib. Onun sözlərinə görə, Vamiq ona gündəlik ilkin olaraq 12 manat pul verəcəyini, restoranda işlər yaxşılaşandan sonra maaşını artıracağını bildirib: “Həmin vaxt iş tapmadığıma və ehtiyacım olduğuna görə onunla razılaşdım. Həmin ilin mart ayının sonlarından başlayaraq, restoranda işləməyə başlamışam”. Təqsirləndirilən şəxsin sözlərinə görə, Vamiq restoranı işlətməyə başladıqdan sonra restoranın 4 otağını qızla gələn müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlayıb: “Müştərilərdən otaqlardan cinsi əlaqədə olmaq üçün istifadə etməyə görə edilən yemək sifarişinin pulundan əlavə 15 manat pul alımışıq. Həsən müştərilərdən otaqlara görə pulu alaraq gətirib mənə verib. Mən də pulu Vamiqə vermişəm”. Onun sözlərinə görə, aprelin 30-da polis əməkdaşları restoranda əməliyyat keçirib. O, deyib ki, qız və oğlan müştərini otaqda yarıçılpaq vəziyyətdə, cinsi əlaqədə olarkən tutublar. Sabirabad rayon Məhkəməsinin hökmü ilə Sadiq Nəzərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həsən Sadıqov isə 3 il şərti cəza alaraq məhkəmə zalından azad edilib. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərar elan edilib. Məhkəmə Sadiq Nəzərovun cəzasını şərti hesab edib və onu məhkəmə zalından azadlığa buraxıb. Hökm digər hissədə dəyişdirilmədən saxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.