Qubadlının icra başçısı Eldar Əzizovu devirmək istəyir

24-02-2015, 07:47   

Malik Isaqov Sumqayıta rəhbər gəlmək arzusundadır
Qubadlının icra başçısı Malik Isaqovun fəaliyyəti yoxlanılır. Bu barədə redaksiyamıza sızan məlumatlarda bildirilir ki, yoxlamalar bir müddətdir davam edir. Iddialara görə, icra başçısının taleyi bu yoxlamaların nəticəsindən asılı olacaq.
Malik Isaqovun hansı səbəbdən hədəfə gəldiyi bəlli deyil. Lakin belə mülahizələr var ki, onun “irəli” getmək iddiaları “yuxarılar”ın xoşuna gəlməyib. Bu baxımdan Isaqovun fəaliyyətini yoxlamağa başlayıblar. “Yoxlamaların nəticələri mənfi olacaqsa, nəinki Malik Isaqova iddialarından əl çəkmək tövsiyyə olunacaq, hətta onun karyerasına son verilə bilər”,- deyə mənbə iddia edib.
Məlumatlarda o da bildirilir ki, Malik Isaqov Sumqayıt şəhərinə icra başçısı təyin olunmaq arzusundadır. Icra başçısı hesab edir ki, Sumqayıtın rəhbəri Eldar Əzizovun fəaliyyətinin elə də uğurlu olmaması onun bu iddiasının reallaşmasına səbəb ola bilər. Digər tərəfdən Sumqayıtda Malik Isaqovun həmyerliləri çoxluq təşkil edir. Bəzi iddialara görə, Qubadlının icra başçısı Sumqayıtdakı həmyerliləri vasitəsilə Eldar Əzizova qarşı iş aparır. Onunla bağlı Prezident Administrasiyasına çoxsaylı şikayətlər təşkil olunur və s. Məlumatda həmçinin qeyd edilir ki, Malik Isaqov hər yerdə hakim ailəyə yaxın olduğunu iddia edir. “Bəzi məlumatlara görə, hakimiyyətin zirvəsində oturanlar daha çox Malik Isaqovun birinci şəxsə yaxın olması barədə söylədiklərindən qəzəbləniblər. Ona görə də onun fəaliyyətinin yoxlanılması qərarına gəliblər”, - deyə mənbə bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.