Daha bir icra başçısının korrupsiya siyahısı açıqlandı – SİYAHI+ Faktlar

25-02-2015, 18:43   
Daha bir icra başçısının korrupsiya siyahısı açıqlandı – SİYAHI+ Faktlar
Masallı rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitləri icra başçısı Rafil Hüsynova yaxın şirkətlər vasitəsi ilə mənimsənilir. Rayon İcra Hakimiyyətlərinin tenderlərinin “qalibi” birmənalı olaraq bir şirkət olur.

Mənbə icra başçısına yaxın şirkətlərin “udduğu” tenderlərin qısa siyahısını da redaksiyamıza təqdim edib:

- Masallı rayon Köhnə Zuvand 120 şagird yerlik ümumi orta məktbə binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, müqavilə dəyəri 26 min manat);
-Masallı rayon Dəlləkoba kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);

- Masallı rayon Çayqıraq kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);
– Masallı rayon Şatıroba kənd 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satın alınması (Tikinti-Təchizat-dizayn MMC, 250 min manat)

-Masallı Qızılağac kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması (StarşKomşMex MMC, 5 min 574 manat);

-Masallı Kolatan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması (“Adil-Mübariz” TOM 20 min 930,84)

-Masallı Rayon İcra Hakimiyyəti Şərəfə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində təmir işlərinin satın alınması (12 saylı TT MMC, 11 min 150 manat)

-Masallı Uşaq İncəsənət Məktəi üçün yeni binanın tikintisi işlərinin satın alınması (BİK-TEXNİK MMC MMC 2 milyon manat)

-Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Türkoba ərazi dairəsi üzrə icra nümayəndəliyi Binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat)

-Masallı rayon İcra Hakimiyyəti başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyiinə bərk inventarların satın alınması(“Star-CO” MMC 6 min 971manat)

-Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə abadlıq üçün elektrik mallarının satın alınması (Mübariz-2013 MMC 25 min manat).

Göründüyü kimi, 12 tenderi cəmi 6 MMC “udub”. Mənbə bildirir ki, bu şirkətlər bir mərkəzdən idarə edilir və təsisçiləri də eyni adamlardır.

Masallı rayon İcra Hakimiyyətindən bununla bağlı mövqe öyrənmək mümkün olmadı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.