Baş nazir Ərdoğan “Yeni Şəfəq” qəzetinin Ankara nümayəndəsi Abdülkadir Səlvinin qızı Büşra Səlvi ilə Əmrə Öyütcənin nikah şahidi olub. Dəbdəbəli restoranların birində baş tutan nikah mərasimində Ərdoğanın yanında Baş nazir köməkçisi Əmrullah İşlər, Elm, Sənaye və Texnologiya naziri Fikri İşıq, Xarici İşlər naziri Əhməd Davudoğlu, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız, Daxili İşlər naziri Efkan Al, Müdafiə naziri İsmət Yılmaz və çox sayda millət vəkili qatılıb. Qeyd edək ki, nikah mərasimi bağlı qapılar arasında keçib. Jurnalistlər mərasimə buraxılmayıb.