Azərbaycan məmurları hər cür qəribəlikləri və macəraları ilə ictimaiyyətin diqqətini cəlb etməkdədir. Korrupsiya və maliyyə maxinasiyaları ilə dəfələrlə rekord təzələyən məmurlarımız son vaxtlar “avtoş”luq macəraları ilə məşhurlaşır.
Azərbaycan məmurunun növbəti “avtoşluq” xəbəri Bərdə rayonundan gəlib. Rayon sakinlərinin anaxeber.info-a bildirdiyinə görə fevralın 27-də rayon Sığorta idarəsinin müdiri İlqar Əlirzayev özünün idarə etdiyi 09 AA 118 dövlət nömrə nişanlı NİVA markalı xidməti maşınla rayon mərkəzində avtoxuliqanlıq etmişdir. Mənbənin bildirdiyinə görə içkili halda xidməti dövlət maşınını idarə edən İ.Əlirzayev Bərdə şəhər mərkəzində “kruq” deyilən yerdə qəza törədib.
Baş verənlərlə bağlı bizi məlumatlandıran mənbə onu da bildirib ki, İ.Əlirzayevin içkili halda dövlət maşınını idarə etməsi birinci dəfə deyil bu hal dəfələrlə təkrarlanıb.
Xəbər redaksiyamıza gec saatlarında daxil olduğundan rayondakı rəsmi qaynaqlarla əlaqə saxlaya bilmədik. Mövzunu davam etdirəcəyik...