Rusiya ingilisləri çox qorxutdu

9-05-2014, 10:35   
Rusiya ingilisləri çox qorxutdu
Rusiya Hərbi-Dəniz Qüvvələrinin Şimal Donanmasının aviadaşıyıcı gəmisi olan "Admiral Kuznetsov" və "Pyotr Velikiy" ağır atom raket kreyserinin başçılıq etdikləri hərbi gəmilər dəstəsi La-Manş boğazını keçib.

Gəmilər La-Manş və Pa de Kale boğazlarını keçərək Şimal dənizinə, oradan da şimal-şərqi Atlantika dənizinə yönəlib.

Gəmilər sualtı qayıqlar və hava hücumundan müdafiə təmrinləri ilə bağlı təlimlərə qatılıblar.
"Pyotr Velikiy" artıq yarım ildir ki, Aralıq dənizində idi. Rusiyanın Aralıq Dənizindəki eskadrasının qərargahı da bu gəmidədir.
Aralıq dənizində 3,5 ay keçirmiş "Admiral Kuznetsov" isə Suriya sahillərində keşik çəkib.

Mayın sonunda "Admiral Kuznetsov" və "Pyotr Velikiy" gəmiləri Rusiyanın Severomorsk limanındakı bazaya qayıdacaq.
Rusiyanın hərbi gəmiləri La-Manşı keçərkən onları Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin "MS Dragon" kreyseri müşayiət edib.
Bu arada Rusiya Hərbi-Hava Qüvvələrinin Tu-95s hərbi təyyarəsi Şotlandiya sahillərinin yaxınlığında uçmağa başlayıb.

Britaniyalı ekspertlər hərbi gəmilərin La-Manş boğazından nümayişkaranə şəkildə keçidini Rusiyanın Krım olaylarından sonra Qərbə ünvanlanmış "əzələ nümayişi" hesab ediblər.
Bu olay "soyuq müharibə" dönəmlərinin xatırlatması kimi də qəbul olunub.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.