Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya şokda: Boris Nemtsov öldürüldü! (CANLI YAYIM, VİDEO, FOTO) - yeniləndi

28-02-2015, 10:22   
Rusiya şokda: Boris Nemtsov öldürüldü! (CANLI YAYIM, VİDEO, FOTO) - yeniləndi


Moskvada tanınmış müxalif siyasətçi Boris Nemtsov güllələnib. Musavat.com xəbər verir ki, məlumatı "İnterfaks" hüquq-mühafizə orqanlarına istinadən yayıb.

Naməlum şəxslər Boris Nemtsovu güllələyiblər.

İlkin məlumata görə, Boris Nemtsovu Moskvanın mərkəzində, Vasilyev enişində güllələyiblər. Naməlum şəxs 55 yaşlı siyasətçiyə 7 - 8 dəfə atəş açıb. Nemtsov hadisə yerində dünyasını dəyişib.

Rəsmi məlumata görə güllələrdən 4-ü Nemtsovun kürəyindən dəyib. Killer ağ rəngli maşınla hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman B. Nemtsov 1991-ci il doğumlu gənc bir qadınla Moskvanın mərkəzində gəzişirmiş. Hüquq mühafizə orqanları bəyan ediblər ki, həmin gənc qadın Ukrayna doğumludur. Hazırda onun polis idarəsində əsas şahid kimi dindirilməsi xəbəri yayılıb.

Moskva polisinin rəisi Anatoli Yakunin hadisə yerindədir. Hadisə barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məlumatlandırılıb. Qətlin törədildiyi yerdə istintaq qrupu işləyir.
Bütün Moskva üzrə "Perexvat" - "Tutma" əməliyyatı elan olunub.

Nemtsov martın 1-də keçirilməli olan "Vesna" ("Bahar") antiböhran marşının təşkilatçılarından biri idi. Hazırkı Rusiya iqtidarına qarşı əsas müxalif liderlərdən sayılırdı. Boris Nemtsovun Azərbaycanın siyasi düşərgəsində də tanışları var idi.

Hadisə barədə xəbər yayılandan az sonra Rusiya prezidenti V. Putin hadisəyə reaksiya verib. Sözçüləri vasitəsi ilə bəyanat yayan Putin qətli təxribat və sifarişli adlandırıb.

Nemtsov bir zamanlar Rusiya baş nazirinin birinci müavini işləyib.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar