Dünyanın siyasi simaları müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı öz mövqelərini bəyan ediblər.
ANS TV-nin məlumatına görə, dəfələrlə Rusiya prezidentini təhqir edən və onun Rusiyada federalizmi məhv etdiyini deyən müxalif siyasətçi, ölümündən öncə müxalifətçi Putinin onu öldürtdürəcəyini də söyləmişdi. Bu qətldə maraqlı məqam həm də odur ki, mərhum br neçə gün əvvəl Belarus televiziyasına müsahibəsində Vladimir Putinlə münasibətlərindən danışıb və hər bir an hətta yaxın günlərdə həyatına qarşı təhlükə ola biləcəyini istisna etməmişdi. Putin isə ittihamlara cavab verərək bunun təxribat olduğunu bəyan edib.
Boris Nemtsovun Putinlə bağlı bu fikri siyasətçinin ölümü sonrası daha da qabarıb. Baş verəni iqtidarın sifarişi sayan qüvvələr var. Rusiyanı qarışdıran hadisəni Qərbin təxribatı sayanlar da az deyil. Dünya liderlərindən isə qətllə bağlı reaksiyalar gəlməkdədir.
ABŞ prezidenti Barak Obama Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətli ilə bağlı xüsusi bəyanat dərc edib.
“ABŞ Boris Nemtsovun vəhşi qətlini pisləyir və biz Rusiya hakimiyyətini ölümün səbəblərini müəyyən edən operativ, müstəqil və şəffaf istintaq keçirib, qanun qarşısında cavab verməyə çağırırıq. Nemtsov öz ölkəsinin müdafiəçisi idi. O öz vətəndaşlarına bütün insanlarda olan hüquqların verilməsinə çalışırdı”, - deyə Obama bəyanatında bildirib.
Öz növbəsində ABŞ dövlət katibi Con Kerri Rusiya Federasiyasının baş katibinin keçmiş müavininin vəhşicəsinə qətli xəbərindən şok olduğunu və dərin hüznləndiyini bildirib.
BMT katibi Ban Ki Mun Rusiyaynı qətlin üstünün tez bir zamanda açılması yönündə fəaliyyətə çağırıb.
Ukrayna prezidenti Pyotr Poroşenko da rusiyalı siyasətçi Boris Nemtsovun ölümü ilə bağlı baş sağlığı verib. Poreşonka öz Facebook səhifəsində bu hadisədən şokda olduğunu və buna inanmadığnı yazıb. Poroşenko həmçinin Boris Nemtsovu “Ukrayna ilə Rusiya arasıda körpü” adlandırıb.
Araşdırmalar nəticəsində qətlə səbəbin Rusiyada siyasi sabitliyi pozmaq üçün təxribat ola biləcəyi də açıqlanıb!
Qeyd edək ki, Boris Nemtsov ötən gecə Moskva şəhərində Böyük Moskva körpüsü adlanan ərazidə Ford markalı avtomobildən açılan 4 atəş nəticəsində öldürülüb. Hazırda qətillə bağlı həmin vaxt 55 yaşlı siyasətçinin yanında olan 1991-ci il təvəllüdlü model Anna Duritskaya dindirilir.