Bir həftəyə Rusiyanın beynəlxalq ehtiyatı 11 milyard azalıb

9-05-2014, 10:46   
Bir həftəyə Rusiyanın beynəlxalq ehtiyatı 11 milyard azalıb
2014-cü il aprelin 25-dən mayın 2-dək olan müddət ərzində Rusiyanın beynəlxalq valyuta ehtiyatının həcmi 11,1 milyard dollar azalaraq, 482,7 milyard dollardan, 471,6 milyard dollara enib.
Bu ehtiyat 2013-cü il yanvarın 1-də 537,618 miyard dollar, 2014-cü il yanvarın birində 509,595 milyard dollar olub.

Mənbə xatırladıb ki, ən yüksək rekord həddi 2008-ci il avqustun 8-də olub – 598,1 milyard dollar.

Tarixi miniumum həddi isə 1999-cu il aprelin 2-də qeydə alınıb. Onda Rusiyanın qızıl ehtiyatı 10,7 milyard dollaradək azalıb.

Hazırda dünyada ən çox beynəlxalq ehtiyatı olan ölkə Çindir. Rusiya isə bu göstərici üzrə Yaponiya və İsveçrədən sonra dördüncüdür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.