Nazir oğlu qrup seksdə yaxalandı

9-05-2014, 10:50   

Belçika müxalifəti DİN başçısının istefasını tələb edir

Belçikanın ən məşhur məktəblərindən olan «Saint Mişel» Kollecində yaşanan qrup seks qalmaqalı ölkəni qarışdırıb. Yaqvar ayında baş vermiş hadisə məktəblilərin ekskursiyaya getdikləri zaman, qaldıqları oteldə baş verib.

Məlumatda deyilir ki, otel otaqlarından birində 6 oğlan 1 qızla cinsi əlaqədə olublar. Xəbər ortaya çıxdıqdan sonra isə məktəbin direktoru qızın 16 yaşdan kiçik olmasını əsas gətirərək, bununla bağlı araşdırmalara başlayıb. Adı məsələyə qarışmış oğlanlar məktəbdən çıxarıldıqdan sonra şikayətçi olan valideynlər işi mətbuata qədər daşıyıblar.

İşin ən maraqlı tərəfi isə prosesə Belçika nazirlərindən birinin oğlunun adı qarışmasıdır. Bu ölkənin daxili işlər naziri Joelle Milquetin oğlunun adının prosesə qarışmasından dolayı Belçika müxalifəti onun istefa verməsini tələb edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.