Azərbaycanda görünməmiş olayŞOK QƏRAR

9-05-2014, 10:58   
Azərbaycanda görünməmiş olay
Təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün nadir sayılan hadisələrdən biri dünən Bakıda yaşanıb.

“Gənclik” metrosu yaxınlığında külli miqdarda pul tapan Rəvan Yaşaroğlu sosial şəbəkədə pulu sahibinə çatdırmaq üçün virtual dostlarından yardım istəyib. Bir müddətdən sonra isə külli miqdarda pulu itirən gənc tələbə tapılıb və pul sahibinə qaytarılıb.

Turizm İnstitunun tələbəsi Rəvan Yaşaroğlu bu barədə öz Feysbuk səhifəsində elan yazıb. Feysbukda ən böyük səhifələrdən biri olan “Azərbaycan Universitetləri” səhifəsi bu statusu paylaşandan sonra səhifənin həmin statusunu 1000 nəfər paylaşıb.

Dünən günorta saatlarında əvvəlcədən də güman edildiyi kimi, təhsil haqqı kimi ödəniləcək pulun sahibi - Odlar Yurdu Universitetinin tələbəsi itirdiyi 2.540 manatı geri alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.