Bərdə DYP-nin rəisi məmur balalarına “əsir düşüb”

2-03-2015, 00:42   


Bərdə DYP-nin rəisi məmur balalarına “əsir düşüb”
Azərbaycanda vəzifəli şəxslərin və onların övladlarının qanunlara məhəl qoymamaları haqda çox yazılıb. Məmur övladlarının ənənəvi “xəstəliyi” isə onların “avtoşluğu” ilə bağlıdır.
Xatırladaq ki, bu problem o qədər aktual və yayğındır ki, ölkə başçısı İlham Əliyev bir neçə dəfə mövzuya qayıtmış və ən yüksək tribunadan məmurları və onların azğınlaşmış övladlarına xəbərdarlıq etmək zorunda qalıb. Ölkə başçısının müdaxiləsindən sonra paytaxtda “avtoşluqla” məşğul olan məmur balalarına qarşı xüsusi reydlər təşkil olundu və onlar cəzalandırıldı. Amma təəssüf hissiylə qeyd etməliyik ki, problem bölgələrdə hələ də qalmaqdadır.
Məsələn, Bərdə rayonunda məmurların və məmur övladlarının qanunsuzluqları sərhəd tanımır. Bununla bağlı ANAXEBER.TV yə- daxil olan məlumatda bildirilir ki, Bərdə DYP-nin rəisi, mayor Cəmil Mirzəyevin vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi rayonu məmur və məmur balalrı üçün “avtoşluq” təcrübələri üçün meydana çevirib.
Daxil olan məlumata görə, Bərdə DYP-nin rəisi yerli oliqarxlardan və məmurlardan çəkindiyindən rayonda müntəzəm olaraq yol hərəkəti ilə bağlı ciddi “ÇP”-lər baş verir.
Bu baxımdan bir neçə gün bundan öncə baş vermiş olayı xatırlatmaq yetərlidir. Belə ki, fevralın 27-də rayon Sığorta idarəsinin müdiri İlqar Əlirzayev özünün idarə etdiyi 09 AA 118 dövlət nömrə nişanlı NİVA markalı xidməti maşınla rayon mərkəzində avtoxuliqanlıq edib. Mənbənin bildirdiyinə görə içkili halda xidməti dövlət maşınını idarə edən İ.Əlirzayev Bərdə şəhər mərkəzində “kruq” deyilən yerdə qəza törədib. Baş verənlərlə bağlı bizi məlumatlandıran mənbə onu da bildirib ki, İ.Əlirzayevin içkili halda dövlət maşınını idarə etməsi birinci dəfə deyil bu hal dəfələrlə təkrarlanıb.
Sonda xatırladaq ki, bu kimi hallar Bərdə rayonu üçün xarakterikdir və bu belə düşünməyə əsas verir ki, Bərdə DYP-nin rəisi məmur balalrına “əsir düşüb” və onlara 2gözün üstə qaşın var” deyə bilmir.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.