Tağı Əhmədov bankdan pulunu çıxara bilməyib

9-05-2014, 15:23   
Tağı Əhmədov bankdan pulunu çıxara bilməyib
Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda bildirilir ki, Tağı Əhmədov tutduğu vəzifədən çıxarılandan sonra ciddi nəzarətə götürülüb.

Hətta keçmiş rəisə banklardakı pullarını götürməyə belə icazə verilmir. Məlumatda deyilir ki, Tağı Əhmədov Bakıda fəaliyyət göstərən məşhur banklardan birinə qoyduğu külli miqdarda pulu götürmək istəyib. Lakin buna nail olmayıb. Bankdan Tağı Əhmədova deyilib ki, onlara pulu verməmək barədə ciddi tapşırıq gəlib. “Azadlıq”a bankın adı və pulun məbləği də bəllidir. Lakin hələlik açıqlamırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.