ABŞ-ın Ermənistandakı səfiri Con Heffern hesab edir ki, separatçı Dağlıq Qarabağ rejiminin sülh prosesinə qatılması məsələsi yalnız tərəflər arasında danışıqlar predmeti ola bilər.
Bu barədə o, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın “İrəvan Dağlıq Qarabağın iştirakçısı olmadığı danışıqların perspektivini görmür, Azərbaycan yeganə tərəfdir ki, buna mane olur” açıqlamasına münasibət bildirərkən deyib.
Separatçı rejimi və Köçəryanı məyus edən diplomat bildirib ki, bu, tərəflərin öz işidir və heç kəs kənardan bunu zorla reallaşdıra bilməz. Yəni səfir faktiki olaraq Azərbaycanın mövqeyini müdafiə edib.
“Cənab Uorlik (Minsk Qrupunun amerikalı həmsədri –red.) dəqiq şəkildə qeyd edib ki, bütün tərəflərin mövqe və baxışları nəzərə alınmalıdır”, - deyə Heffern əlavə edib.