Yüzlərlə rusiyalı xokkey azarkeşi Belarus paytaxtı Minsk şəhərində Gürcüstan səfirliyinin divarına bir neçə Rusiya bayrağı sancıblar. Insidentlə əlaqədar yaxınlıqdakı polis əməkdaşları hər hansı tədbir görməyib. Şahidlər bildirib ki, vəhşiləşən azarkeş kütləsinin nəzarətsizliyini görən polis əməkdaşları adekvat addım atmaqdan çəkiniblər. Xatlrladaq ki, buzüstü xokkey üzrə dünya çempionatının açılışına gələn rusiyalı azarkeşləri Qələbə günü ilə əlaqədar Minskdə düzənlənən bayram şənliklərinə buraxmayıblar. Hazırda bu xoşagəlməz hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.