Yunker: «Bu ordu Rusiyaya göstərəcək ki, biz Avropa Birliyinin dəyərlərinin qorunmasına ciddi yanaşırıq»
Vəfa Quluzadə: «Avropanın ordu yaratması dünyada sülhün bərpası üçün daha bir töhfə olacaq»
Avropa Komissiyasının sədri Jan-Klod Yunker ümumavropa ordusunun yaradılmasına çağırıb. Belə bir təkliflə avropalı diplomat “Welt am Sonntag” qəzetinə müsahibəsi zamanı çıxış edib.
Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həmÿ Avropa Birliyinə üzv olan, həm də qonşu dövlətlərdə sülhə təhdidin yaranmasının qarşısını ala bilər.
“Ümumavropa ordusunu ani olaraq yaratmaq mümkün deyil. Lakin bu ordu Rusiyaya göstərəcək ki, bizÿ Avropa Birliyinin dəyərlərinin qorunmasına ciddi yanaşırıq. Bununla yanaşı, ümumavropa ordusunun yaradılması bütün dünyaya göstərəcək ki, Avropa ölkələri arasında heç zaman müharibə olmayacaq.ÿNATO ilə rəqabətdən söz gedə bilməz. Sadəcə Avropa dünyada baş verənlərə görə, çiyinlərinə daha çox məsuliyyət götürməlidir. Son zamanlar Avropa nüfuzunu itirib. Hətta xarici siyasətdə bizi ciddi qəbul edən azdır”, - deyə Yunker qeyd edib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, dünyadakı hazırkı durum, Ukraynada gedən müharibə nəzərə alınarsa, Avropanın vahid ordusunun yaradılması zamanında verilən qərardır: “Avropa dövlətləri nəhəng rus imperiyası və nüvə superdövləti ilə qonşudurlar. Əgər bu nüvə dövləti təcavüzkar siyasət aparırsa, hər bir Avropa dövləti təhlükə altındadır. Bu aydın məsələdir. Əgər Avropa dövlətləri vahid ordu ideyasını həyata keçirsələr o zaman Rusiyaya qarşı dura biləcək daha bir superdövlət meydana gələcək”.
V.Quluzadə hesab edir ki, Fransa və Böyük Britaniyanın yaranan orduya daxil olması mühüm əhəmiyyət kəsb edəcək. Çünki bu dövlətlər də Rusiya kimi nüvə silahına malikdirlər. “Avropa dövlətləri zəngin döyüş ənənələrinə sahibdirlər. Əgər onlar ABŞ-ın köməyi ilə birləşərək vahid ordu yaradacaqlarsa, o zaman bu dünyada sülhün bərpası üçün daha bir töhfə olacaq. Çünki ayrılıqda götürülən hər bir Avropa ölkəsi Rusiyanın qarşısında duruş gətirə bilməz. Onlar hamısı ABŞ-a güvənir. Çünki NATO ölkəsinə hücum bütövlükdə alyansa hücum kimi dəyərləndirilməlidir. Avropa ölkələri özlərinə güclü ordu yaradarlarsa, onlar öz təhlükəsizliklərini özləri təmin edərlər”, deyə V.Quluzadə vurğuladı.