Ermənistan silahlı qüvvələri işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edir.
Dünən gecə ermənilər növbəti dəfə Tərtər istiqamətində atəşkəsi pozublar.
Xəbərdə deyilir ki, düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun postlarını ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks-hücum itkisiz olmayıb. Baş verən atışmada 4 hərbçimizin şəhid edildiyi bildirilir. Məlumatı dəqiqləşdirməyə çalışırıq /Jam.az/.
Əldə etdiyimiz məlumata görə, şəhid olan hərbçilərimiz bunlardır:
Fərid Əliyev - 19 yaş
Cahangiz Muradov - 19 yaş (manqa komandiri)
Ramazan Abdullayev - 23 yaş (leytenant)
Qurban Həsənov - 24 yaş (leytenant).
Müdafiə Nazirliyi yayılan məlumatı təkzib edib və heç bir hücum olmadığını, xəbərin təxribat xarakteri daşıdığını bildirib.