Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər

11-05-2014, 15:27   
Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər
"Mastopatiya modern dünyada xəstəlik deyi, müalicə edilməz. Sizi qorxutmalarına, qandırmalarına izin verməyin. Mastopatiya üçün dərman atmayın. Bu dərmanlara ehtiyacın yoxtur; mastopatiya xəstəlik deyildir. Təhlikəsi yoxtur; xərçəngə çevrilməz."

Bu fikirlər türkiyəli həkim Hamdi Köçerə aiddir.

Bəs o zaman mastopatiya nədir? Hamdi Köçer Azərbaycan qadınlarının qorxuku yuxusuna çevrilmiş, son zamanların ən məşhur qadın xəstəliyi haqqında fərqli düşünür. O, döş ağrısı və süd vəzisindəki kistaların heç bir zaman həyat təhlükəsi yaratmadığını iddia edir:

"Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir. Bugünün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə resmiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə dəlilə əsasən tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır.

Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir? Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı."

Köçer sözügedən xəstəliyə artıq yeni ad verildiyini və diqnoz qoyularkən "fibrokistik döş paterni" ifadəsindən istifadə edildiyini bildirdi: "Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.

Bu gün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu (fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir. Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara verdiyi cavabın bir az çox olması idi işin əsli. Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd vəzisi xərçəngi arasında əlaqə olub olmadığı üzərində aparıldı. Nəticə: fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa, elmi əlaqə tapılmadı."

Qərbdə fibrokistik strukturlu süd vəzisi, Azərbaycanda (fibroz kistoz) mastopatiya olaraq adlandırılan bu vəziyyətin əslində süd vəzisinin fizioloji bir halı olduğunu deyən həkim, matopatiyanın bir xəstəlik və ya sindrom olmadığını deyir: "Mastopatiyanın heç bir təhlükəsi və zərəri yoxdur. Müalicə edilməsinə ehtiyac yoxdur. Müalicəsinin də bilinən bir metodu yoxdur. Mastopatiyanı müalicə etməyə çalışmaq, aybaşı qanaxmasını müalicə etmək kimidir. Mastopotiya - kistalar - döş ağrıları üçün əməliyyat olmağa ehtiyac yoxdur."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.