Xəstəxananın həyətindən körpə meyiti tapılıb

19-04-2014, 12:27   
Xəstəxananın həyətindən körpə meyiti tapılıb
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb.
Qax Rayon Polis Şöbəsindən anaxeber.info-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər.
Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.