Şamaxının icra başçısına narazı sakinlər Mirzə Ələkbər Sabirin dili ilə cavab verdilər... - "Yatdıqca xabi-qəflət ilə millətin sənin"...

20-03-2015, 09:07   
Şamaxının icra başçısına narazı sakinlər Mirzə Ələkbər Sabirin dili ilə cavab verdilər... - "Yatdıqca xabi-qəflət ilə millətin sənin"...

anaxeber.info: - Şamaxıda icra başçısı Asif Ağayevin yerli sakinlərdə narazılıq yaratdığı barədə yetərincə informasiyalar yayılıb. Artıq Şamaxının başçı problemi "yuxarılar" tərəfindən də müzakirə olunmaqdadır. Yerli sakinlər bu dəfə narahatlıqlarını dahi Sabirin dili ilə ifadə ediblər.anaxeber.info-a Şamaxı rayon ziyalıları adından daxil olan müraciətdə deyilir:

"Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev rayonda ictimai vəziyyəti gərginləşdirib.

Narazılıqlar günü gündən artmaqdadır. İcra başçısı şikayətçiləri dinləmək əvəzinə qaçıb müəyyən səbəblər gətirərək gizlənir. Gah polis rəisini qabağa verir, gah da ki ümumiyyətlə qəbul etmir. Küllü miqdarda vəsait əldə etmiş başçı əlavə olaraq rayonun ən səfalı yerləri olan Avaxıl, Çuxuryurd, Nağaraxana, Məlhəm və digər kəndlərindən yüzlərlə qohumlarının adına torpaq sahələri mənimsəmişdir. Burda Mirzə Ələkbər Sabirin şeirinin əsl yeridir

Vəz etdiyin inandı, amma sən inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə - od - deyə uddun da, yanmadın!

Qəssabxanəni bizə darülaman dedin,
Doğru libasına bürünüb, min yalan dedin,
Olduqca müştəbih: "Qələt etmə, inan!" - dedin,
Kim yaxşı söylədisə, ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;
Bir vəqt olar tanır səni, hər kimsə qanmadın!
Bu məhz bir söz idi - həqiqətdi sanmadın!

Fəssad olub da milləti daim damarladın,
Hər kəs əlindəkin yerə atdı, qamarladın,
Ciyfə dedikcə mali-cəhani toparladın,
Fani dedikcə mülkə, - imarət hamarladın,
Sərişteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən inanmadın!

Hörmətli redaksiya. Şamaxıya ayırdığınız diqqət və problemlərin müəyyən həll olunması üçün etdiyiniz işlər üçün Şamaxı ziyalıları sizə təşəkkür və minnətdardır".

Qarşı tərəfi də anaxeber.info olaraq dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.