ABŞ-dan İsrailə sərt MESAJ: “Artıq böyük qardaşın yox, BMT-də öz başının çarəsinə bax”

22-03-2015, 16:00   
ABŞ-dan İsrailə sərt MESAJ: “Artıq böyük qardaşın yox, BMT-də öz başının çarəsinə bax”
ABŞ prezidenti Barak Obamanın İsrail lideri Binyamin Netanyahunu seçim qazandıqdan iki gün sonra təbrik etdiyi açıqlanmışdı. Ancaq o danışığın pərdə arxasından ağır dialoqun olduğu üzə çıxıb.

İlk gün mətbuata, “Obama təbrik üçün Netanyahunu axtardı” şəklində əks olunan danışmanın pərdə arxasını “New York Times” qəzeti və İsrail TV kanalı “Channel 10” nəşr etdi.

Danışma haqqında məlumat sahibi olan ABŞ-lı və İsrailli səlahiyyətlilərə söykənərək verilən xəbərə görə Obama, İsrail liderinin əvvəlki gün “Şərtlər yaxşılaşsa Fələstin dövlətinin qurulmasına qarşı deyiləm" deyə 180 dərəcəli dönüş etməsini qəbul etmədiyini, Netanyahuya artıq güvənmədiyini açıq şəkildə ifadə edib.

Özünün bu şərhi ilə Amerikan rəhbərliyinin illərdir müdafiə etdiyi iki dövlətli həll siyasətinə zərbə vurduğunu bunun da nəticələri olacağını ifadə edib.


Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin “Channel 2” televiziyası iki lider arasında belə bir danışığın olduğu məlumatını verib:

“Obama: Fələstin dövləti mövzusundakı mövqenin dəyişdiyinə görə biz də öz mövqeyimizi əvəz edəcəyik.

Netanyahu: Mən mövqe dəyişdirmədim. Hələ iki dövlətli həllə inanıram. Amma Yaxın Şərq gerçəkləri son illərdə dəyişdi. Obama: Bu şərh mənim üçün kafi deyil”.

Çox gərgin keçən danışmada Obama, Netanyahuya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İsrail əleyhindəki qərarları veto etmə tətbiqinin artıq son tapacağını eyham vurub.

Beləcə “Artıq böyük qardaşın yox, BMT-də öz başının çarəsinə bax” mesajı verildi.

Ağ Evin mətbuat katibi Coş Ernest çıxışında “ABŞ indiyə qədər Fələstin dövlətinin qurulmasına bağlı qərar layihələrinə qarşı çıxdı. Ancaq artıq iki dövlətli həll müdafiə edən bir müttəfiqimiz olmadığını görürük. Dəyişikliyə gedəcəyik. Netanyahunun hansı sözünə inanacağıq?” deyə tənqid də edib.

Yeganə OQTAYQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar