Neftin qiyməti ilə bağlı pis xəbər

22-03-2015, 19:06   
Neftin qiyməti ilə bağlı pis xəbər
Dünya bazarlarında neftin 1 barrelinin qiymətinin 100-120 dollar olması çətin ki, mümkündür.

ANS PRESS-in məlumatına görə, bu barədə OPEC ekspertlər təşkilatının Səudiyyə Ərəbistanlı nümayəndəsi Məhəmməd əl-Madi açıqlama verib.

Səudiyyə Ərəbistanının regionda rəqibi olan İran neftinin və ABŞ şistinin qiymətinin aşağı salınması ilə bağlı suala cavab verən əl-Madi bildirib ki, krallıq neft sənayesində siyasi motivlərə uyğun qərarlar etmir.

"Neft nazirliyi siyasi məqamlara uyğun hərəkət etmir. Nazirlik bazardakı aspektlər və iqtisadi baxımdan qərarlar verir. Biz ABŞ şistinin istehsalına qarşı heç bir çıxış etməmişik, əksinə bazarda uzunmüddətli balansə səbəb olacağı üçün şist neftinin istehsalının inkişafını dəstəkləyirik", - deyə əl-Madi bildirib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar