Polşa-ABŞ hərbi təlimləri ilə əlaqədar olaraq Varşavaya “Patriot” hava hücumundan müdafiə raketləri yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniya mətbuatı yayıb.
Mətbuatın sözlərinə görə təlimlərdə 100 hərbçi və 30 hərbi texnika iştirak edəcək.
Qeyd edək ki, Polşa hələ vahid hava hücumundan müdafiə sistemlərinə malik deyil. Rəsmi Varşava yaxın günlərdə bunun üçün həmin sistemləri alacağı şirkəti müəyyən edəcək. Konkursda Patriot sistemlərini istehsal edən Amerikanın “Raytheon”, Fransanın “Thales” və Avropa qrupu olan “MBDA” iştirak edir.