İŞİD-ə yaxın saytlardan biri 100 ABŞ əsgərinin şəxsi məlumatlarını dərc edib.
Axar.az xəbər verir ki, ABŞ-da yaşayanlara bu 100 amerikalı əsgəri öldürmək çağırışı edildiyi bildirilir.
ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmi nümayəndələrindən biri yayılan məlumatları təsdiq etməsə də, məsələnin araşdırılacağını bildirib.