Həmzə Rusiyada falçını qadını öldürdü - (Foto)

22-03-2015, 19:26   
Həmzə Rusiyada falçını qadını öldürdü - (Foto)
Rusiyanın Nijni Novqorod şəhərində falçı qadını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı axtarılır.

Virtualaz.org saytı xəbər verir ki, 47 yaşlı Marina Sizovanın cəsədi martın 20-də şəhərdəki kanalizasiya kollektorunda aşkar edilib.

O, martın 15-dən itkin düşübmüş və axtarılırmış. Qadının qətlində əsas şübhəli şəxs onun Azərbaycan vətəndaşı olan gənc sevgilisi, Həmzə Ş. adlı şəxsdir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bu şəxs hazırda axtarılır və istintaqdan gizlənir.

Lakin yerli mənbələr xəbər verir ki, Həmzəni həmin gün saxlayıblar. Məlumatlara görə, qadının yaxınları və dostları şübhəlinin yaşadığı ünvanı müəyyən edib. Evin girişində qan izlərinə rast gəlinib. Daha sonra gəncin atası özü onu polisə təslim edib.

Qeyri-rəsmi məlumatlara görə, qətl tamah məqsədi ilə törədilib və ola bilsin cinayətkarlar tək olmayıb. Bildirilir ki, azərbaycanlı Həmzə qadınla yaxın münasibətlərindən istifadə edərək ondan müntəzəm pul alır və Azərbaycandakı yaxınlarına göndərirmiş.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar