İŞİD terrorçu qruplaşması internetdə 100 amerikalı hərbçinin adını və ünvanlarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, terrorçular həmin hərbçilərin başlarını elə öz evlərindəcə kəsəcəyini bildirib. İŞİD-çilərin yayımladığı həmin çağırışın əvvəlində isə deyilir: "Onları öz torpaqlarında öldürün, onların başlarını öz evlərində kəsin".
Terrorçu qruplaşmanın hakerləri bildiriblər ki, onlar amerikalı hərbçilər haqqında məlumatları əldə etmək üçün hərbi serverin, məlumat bazasının və elektron ünvanların müdafiəsini sındırıblar. Əgər İŞİD-in internetdə yerləşdirdiyi siyahıdakı məlumatlar doğru çıxarsa, ola bilər ki, terrorçular öz dəhşətli əməllərini həyata keçirsinlər.