Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Rusiyada başqa ad altında yaşaya bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" Rusiya hüquq-mühafizə orqanlarındakə mənbəsinə istinadən xəbər verir.
"Ukraynada sabiq prezident Viktor Yanukoviç və onun ailəsi haqqında cinayət işi açılıb və onlar təqib edilir. Bu səbəbdən Yanukoviç başqa ad ilə Rusiyada yaşaya bilər", - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, Viktor Yanukoviçin oğlunun ölüm xəbəri yayılıb. Ukrayna kütləvi informasiya vasitələrində prezidentin oğlunun ölümü haqda bir neçə versiyada xəbərlər yazılıb. Bəzi KİV-lər Viktor Yanukoviçin oğlunun Baykal gölündə boğularaq öldüyünü bildiriblər. Guya keçmiş prezidentin oğlu balıq tutan vaxt gölün üstündəki buz qatı çatlayaraq dağılıb və Yanukoviç öz dostu ilə birlikdə batıb.
Başqa bir mənbədə isə bildirilib ki, idman tədbiri keçirilən zaman "Folksvagen" mikroavtobusu aşıb və içərisindəki 5 nəfər suya düşüb. 4 nəfər xilas olub, Yanukoviçin oğlu isə batıb.
Mənbə
ANS PRESS