Azərbaycanda cinsini dəyişdirənlər - Video

23-03-2015, 09:43   
Azərbaycanda cinsini dəyişdirənlər - Video

Vaxt vardı, onlara Bakının Tiflis prospektində rast gəlinirdi. Gecə düşən kimi onların da iş saatları başlayırdı. Amma zaman keçdi və onlar küçələrdən sosial şəbəkələrə axın etdilər. Bu gün Feysbuk, Odnoklassnik, İnstaqram kimi şəbəkələrdə transseksuallar at oynadır.

Yutub portalı onlar üçün piar məkanına çevrilib. Videolarına 10 minlərlə baxış sayı yığan bu qadınlaşmış şəxslər bu gün rahat şəkildə sosial şəbəkələr vasitəsilə düz gözümüzün qabağında yurd-yuva salıblar.

Onlardan bəziləri cinslərini dəyişdiriblər. Cins dəyişdirmə əməliyyatları isə Azərbaycanda bəzi özəl klinikalarda gizli bir şəkildə aparılır. Amma xaricdən dəvət olunan cərrahlar vasitəsilə. Mütəxəssislər deyir ki, kişilərin özlərini qadına çevirməsi əməliyyatlarına daha çox rast gəlinir.

Qeyri-rəsmi rəqəmlərə görə, 2008-ci ildən bu yana 20-dən çox adam kişidən qadına çevrilib.

Virtual aləmin istifadəçisi olan valideynlər, nəzərə alın ki, bu cür insanların artıq yeni ünvanı nə küçələr, nə də əyləncə məkanlarıdır. Onlar gücü sosial şəbəkələrə veriblər. Övladlarınıza nəzarəti əldən verməyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar