Bu dəfə İŞİD-in beli qırıldı

25-03-2015, 04:19   
Bu dəfə İŞİD-in beli qırıldı

Kanada Suriyada İŞİD terror qruplaşmasına qarşı hücumların artırıldığını, əməliyyatların genişləndirildiyini bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kanadanın Baş naziri Stiven Harper Yaxın Şərqin bəlasına çevrilən terrorçularla mübarizə mövzusundan danışarkən bildirib.

O, Kanada hərbi hava qüvvələrinin Suriyada icazə almadan İŞİD-ə havadan hücum həyata keçirəcəyini deyib.

“İŞİD yaraqlıları hava hücumlarından qorunmaq məqsədilə İraqdan Suriyaya daxil olurlar. Biz də onların bu ölkəyə daxil olmasının qarşısını almalıyıq”, - deyə S.Harper parlamentdə çıxışında səsləndirib.

Qeyd edək ki, Kanadanın təyyarələri ABŞ-ın başçılığı ilə həyata keçirilən hücumlarda iştirak edirdi. Əgər Kanada sərbəst şəkildə İŞİD mövqelərinə hücum edərsə, ABŞ-dan sonra Suriyada İŞİD-i bombardman edən ikinci NATO üzvü olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar