Tural Mustafayevin “yoxa çıxma” əməliyyatı fiaskoya uğradı
Hefteaz.tv-nin Göyçay bürosu xəbər verir ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaın həbsinə səbəb olan Tural Mustafayev bir neçə müddətdən sonra Göyçay şəhərində peyda olub. Tural Mustavayev 24 mart saat 13 radələrində Göyçayın mərkəzində yerləşən Ə.Məmmədov adına klubun çayxanasında üç dörd nəfərlə birlikdə olub və sonradan ata və anasının yaşadığı H.Əliyev prospekti. ev 65 ünvanına yollanıb. Məlumat üçün bildirək ki, Tural Mustafayev, jurnalistin onu intihar həddinə çatdırdığını iddia etdiyi üçün X.İsmayılova hazırda həbsdədir. Vaxtilə “Azadlıq” radiosunda, daha sonra Meydan TV-də çalışmış T.Mustafayev mediaya verdiyi ilk açıqlamalarında faktiki heç nə danışmayıb, “istintaq sirridir” deyərək, susub. Amma facebookdakı profilində bəzi detalları açıqlayıb ki, bu da istintaqın hansı istiqamətdə aparılacağına işarədir. Ən maraqlısı isə Tural Mustafayevin öz facebook profilində yazdıqlarıdır. O. profilində Xədicə ilə bağlı şikayətini geri götürəcəyini açıqladı. Lakin bu açıqlamadan bir neçə gün sonra Facebook profilində onu həbs etdiklərini bəyan etmişdi. Media orqanlarıda məhz onun bu bəyanatından belə başa düşdülər ki, hakimiyət Tural Mustafayevin bu fikirlərinə görə həbs edib. Hefteaz.tv saytı isə, Tural Mustafayevin gizlin planını puça çıxartdı.