Baş nazir Feyzioğlunun bu düşüncələrini Cumhuriyyət Xalq Partiyasının düşüncə tərzi kimi dəyərləndirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl vəkillər kolleqasının iclasında yaşanan gərginliyə münasibət bildirib.
Vəkillər kolleqasının rəhbəri Mətin Feyzioğlu iclasda çıxışı zamanı Ərdoğanın siyasətini təndiq edib, bu isə Ərdoğanının qəzəbinə səbəb olmuşdu. Feyzioğlu çıxışı zamanı dövlət şurasının doğru qərarlar qəbul etmədiyinə eyham vuraraq, Türkiyədə insanların taleyini hüquq deyil, siyasətin müəyyən etdiyini bildirib və bunu tənqid etmişdi.
Ərdoğan ötən gün çıxışı zamanı Feyzioğlunun bu düşüncələrini Cumhuriyyət Xalq Partiyasının (CHP) düşüncə tərzi kimi dəyərləndirib.
"Dünən dövlət protokoluna qarşı edilən bu hörmətsizlik, əslində, tək bir nəfərin deyil, bir ideologiyanın dəyişməyən ruh halıdır. Hər il biz CHP-nin il dönümündə təbrik məqsədilə tədbirlərlə qatılırıq, ancaq onlar bundan istifadə edib bizi nalayiq şəkildə tənqid etməyə çalışırlar. Siz kimsiniz axı. Siyasətçiyə istiqamət verməyə necə cürət edirsiniz. Biz bu ölkədə siyasətə etibar qazandırdıq. Bu etibarın zədələnməsinə qətiyyən izn verməyəcəyik. Bu vəzifədə olduğun müddətcə bundan sonra bunların olduğu heç bir tədbirə qatılmayacağam".
Feyzioğlu Ərdoğanı ona ədəbsiz dediyinə görə məhkəməyə verməyəcəyini, xalqın bir hakim olaraq məsələ ilə əlaqədar hökm çıxarmasını istədiyini qeyd edib