Daha bir ölkə Putinin dəvətindən imtina etdi

25-03-2015, 18:43   
Daha bir ölkə Putinin dəvətindən imtina etdi
Finlandiya Prezidenti Sauli Ninistyo da faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək olan mərasimə gəlməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Finlandiya mətbuatı məlumat yayıb.

Rusiya Xarici İşlər naziri Serqey Lavrov daha əvvəl açıqlamasında 30 ölkədən müsbət cavab aldıqlarını bildirmişdi. 9 mayda Moskvaya Şimali Koreya, Vyetnam, Hindistan, Monqolustan, CAR, Kuba, Serbiya, Çernaqoriya, Makedoniya, Slovakiya, Yunanıstan və Kipr liderlərinin təşrif buyuracağı artıq bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama, Böyük Britaniya Baş naziri Devid Kemeron, Avropa Şurasının sədri Donald Tusk, Polşa, Sloveniya və Gürcüstan prezidentləri Moskvaya dəvətdən imtina ediblər. Almaniya kansleri Angela Merkel isə əvvəlcə imtina etsə də, sonradan dəvəti qəbul etdiyini açıqlamışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar