Yəməndə şiə qiyamçıları bu ölkənin müdafiə nazirini qaçırıblar.
Axar.az xəbər verir ki, Yəmənin ən böyük hava limanı və Lahic şəhəri də qiyamçıların əlinə keçib.
Müdafiə naziri Mahmud əs-Subeyhi ilə birgə Lahic şəhərinin briqada komandiri general-mayor Faysal Rəcəbinin də qaçırıldığı iddia edilir.
Qeyd edək ki, az öncə "Frans Press" agentliyi Yəmən prezidentinin ölkədən qaçdığını bildirmişdi. Ölkəni tərk edən zaman onu Səudiyyə Ərəbistan diplomatının müşaiyət etdiyi bildirilmişdi. Prezidentin müşavirləri isə ölkəni tərk etməyəcəklərini açıqlamışdılar.