Nemtsovun qətlini 25 milyona sifariş ediblərmiş

27-03-2015, 01:20   
Nemtsovun qətlini 25 milyona sifariş ediblərmiş
Boris Nemtsovun qətlini həyata keçirmək üçün iсraçıların hər birinə 5 milyon, ümumilikdə 25 milyon rubl ayrılıb. Məlumatlara görə, bu barədə iş üzrə saxlanılanlardan birinin ifadəsində qeyd olunub. Qətli törətməkdə ittiham olunan Zaur Dadayevin vəkili İvan Gerasimov isə onda nə sifarişçinin kimliyi, nə də bu məbləğ barədə hər hansı məlumatın olduğunu bildirib. Dediyinə görə, Z.Dadayev etirafediсi ifadələr verməkdən imtina edib və israrla bu qərarının üzərində qalır.
Vəkil onu da bildirib ki, müdafiə etdiyi şəxsin günahsız olduğunu sübut edən dəlillər toplamaqla məşğuldur: «Zaur Dadayevin həmin gün hadisənin baş verdiyi ərazidə olmaması həmin dəlillərdən biridir».(azadliq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar