Donetsk və Luqansk müstəqilliyi seçdi

12-05-2014, 11:33   
Donetsk və Luqansk müstəqilliyi seçdi
Xəbər verdiyimiz kimi, Ukraynanın Donetsk və Luqansk vilayətlərində referendum keçirilib.

Hər iki vilayətdə əhalinin böyük əksəriyyəti regionun müstəqilliyinin lehinə səs verib.

Seçicilər yalnız bir suala cavab verməli olublar: “Siz dövlət müstəqilliyi haqqında aktı dəstəkləyirsinizmi”?

Donetskdə keçirilən mətbuat konfransında “Donetsk Xalq Respublikası”nın Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyaqin bildirib ki, seçicilərin böyük əksəriyyəti referendumda göstərilən suala müsbət cavab verib: “Səsvermə nəticələri belədir: 89,7 % müstəqilliyin lehinə, 10,19%, əlehinə. Bülletenlərin 0,74%-nin nəticələri isə qeydə alınmayıb”.

Luqansk vilayətində keçirilən referendumun nəticələri barədə məlumatlar isə hələ açıqlanmayıb. Ekspertlərin fikrincə, burada da yerli əhali vilayətin müstəqilliyinə səs verəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.