Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə qoşun göndərmək haqqında qanunu təsdiq edib.
Axar.az Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ərdoğan bu gün ümumilikdə dörd qanunu təsdiqləyib.
Bunların arasında Türkiyə Cumhuriyyəti və Qətər hökuməti arasında hərbi təlim və müdafiə sənayesinin inkişafı ilə əlaqədar olaraq türk əsgərlərinin Qətər torpaqlarına göndərilməsinə dair əməkdaşlığı haqqında qanun da yer alıb.
Ərdoğan bundan başqa Səudiyyə Ərəbistanı ilə gömrük, təhsil və qarşılıqlı yardım haqqında qanunları da imzalayıb.