“Keçmiş həyat yoldaşımın həyatında heç bir rol və əhəmiyyət daşımıram”

27-03-2015, 23:09   
“Keçmiş həyat yoldaşımın həyatında heç bir rol və əhəmiyyət daşımıram”
Ülkər İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə barəsində deyilənləri təkzib edir
“Nə qədər çalışsalar belə günahsız insanın rolunu heç bir şəkildə zornan isbat edə bilməzlər”

Döyülmə videosu ilə gündəmə gələn Xəzər Universitetinin rektoru Ülkər İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə musavat.com-a qısa da olsa danışıb. Bildirib ki, vaxtilə önəmli şəxs olsa da, bu ərəfədə keçmiş həyat yoldaşının həyatında heç bir rol və əhəmiyyət daşımır: “Daşımaq da istəmirəm. Biz ayrılmışıq, vəssalam. Bütün söhbətlər kəsilib və nə qədər çalışsalar belə günahsız insanın rolunu heç bir şəkildə zornan isbat edə bilməzlər”.

A.Əhmədzadə keçmiş həyat yoldaşının döyülmə videosunun yayılmasında rolu olması barədə ittihamları isə qətiyyətlə rədd etdi. Dedi ki, bunlar əsassız və təxribat dolu fikirlərdir: “Hamlet müəllim (H.İsaxanlını nəzərdə tutur) isə müsahibəsində söyləyib ki, heç bir variantı istisna etmir. Mən də deyirəm ki, qoy müvafiq orqanlar bunu araşdırıb müəyyən etsinlər”.

Müsahibimiz hazırda Mayamidə yaşayır və 4 aydır Bakıdan köçüb. Mətbuatda hallandırılan məsələlərdən biri də ailələr arasında cütlüyün övladının vəlayəti ilə bağlı problemin olması və bu videonun yayılmasında da həmin problemin səbəb olması idi. Amma A.Əhmədzadə bunu da mətbuatın uydurması adlandırdı. Dedi ki, uşağı vaxtlı-vaxtında valideyləri ilə görüşdürürlər: “Özümsə Cananımla skayp vasitəsilə doyunca görüşüb danışıram”.

Qeyd edək ki, Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızının döyülməsi ilə bağlı videonun keçmiş kürəkəni tərəfindən yayıldığını istisna etməmişdi. “Yeni Müsavat”a müsahibəsində H.İsaxanlı demişdi ki, A.Əhmədzadə bu işlərin mütəxəssisidir: “O, videoların çəkilməsi, internetdə yayılması, reklam işlərinin görülməsinin ustasıdır. O, reklam işləri ilə məşğul olur. Amma mən bu halda nəsə deyə bilmərəm. Çünki mən bu məsələni araşdırmamışam. Başqa birinin araşdırdığı haqda da məlumatsızam”.

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar