Fransanın keçmiş prezidenti Sarkozi, məktəb yeməkxanalarında müsəlman və yəhudi tələbələrə donuz əti olmayan menyu hazırlanmasına qarşı olduğunu deyib.
Avropa.info xəbər verir ki, RTL radiosuna danışan Fransanın keçmiş prezidenti Nikola Sarkozi, yeməkxanalarda bir menyunun olmasını tələb edib. Sarkozi məktəblərdəki alternativ menyunun dünyəviliyə zidd olduğunu iddia edib.
“Ölkənin həyata keçirilməsi lazım olan qaydaları var, heç bir aqressivlik nümayiş etdirmədən qərarlar verilməlidir. Alternativ menyu qaydası 30 ildir tətbiq olunur. “30 il əvvəl hər şey daha sakit ido . Hicab yox idi. Cəmiyyətlər arasındakı gərginlik indiki kimi deyildi. Fərqli kimliyə malik insanların səslərindən sui-istifadə edilmirdi.”
Qeyd edək ki, Sarkozinin bu fikirləri etirzala qarşılanıb. Hətta onun öz partiyasından belə dediklərinə etiraz edilib.