Rusiyada narkotik alverilə məşğul olan azərbaycanlı dəstə ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, Voloqda polis əməkdaşları marixuana satışını təşkil etmiş cinayətkar qrupu zərərsizləşdirib. Qrup üç nəfərdən ibarət olub və həmin şəxslər əvvəllərdə bu cür əməllərinə görə qanun qarşısında cavab veriblər.
Operativ axtarış tədbirlərinin keçirilməsi nəticəsində narkokuryerləri iş başında yaxalayıblar. Saxlanılan azərbaycanlılar, 36 və 58 yaşı taksi sürücüləri bu əməllərinə görə dəfələrlə mühakimə edilib və cəza çəkiblər.
Polis araşdırmasından sonra cinayətkar qrupun təşkilatçısı, 48 yaşlı azərbaycanlı vətəndaş da ələ keçirib. Həmin şəxsin 3 mərtəbəli villasında aparılan axtarış zamanı evdən bahalı zinət əşyaları və 90 qram marixuana aşkarlanıb.
Polis bildirib ki, qrupun bütün üzvləri Rusiya Federasiyası vətəndaşıdır və çoxdandır ki Voloqdaвф yaşayırlar. Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Saxlanılan şəxsləri 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.