“Altılıq” İranla yekun anlaşmanın bir addımlığında

28-03-2015, 19:02   
“Altılıq” İranla yekun anlaşmanın bir addımlığında

Almaniya XİN: “İranla danışıqlar həlledici mərhələyə girib...”

İranın nüvə proqramı ilə bağlı Tehranla “Altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya –red.) arasında danışıqlar həlledici mərhələyə daxil olub.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

“Ümid edirəm ki, yaxın günlərdə anlaşma əldə edəcəyik”, - deyə Almaniya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Az öncə İran XİN-in başçısı Məhəmməd Cavad Zərif yekun anlaşma üçün “müəyyən problemlərin” qaldığını söyləmişdi.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar