Rusiyada azərbaycanlı sürücünü... azərbaycanlı öldürüb - (Yenilənib)

28-03-2015, 20:14   

Rusiyanın Tver vilayətində bıçaqlanan azərbaycanlı sürücünün ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

Tver Şəhər Baş Polis İdarəsi hələlik tutulan şəxsin adını açıqlamır. Sadəcə, onun 1972-ci il təvəllüdlü olduğu qeyd olunub.

Hadisənin isə şəxsi zəmində baş verdiyi deyilir.


Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətinin "Cənub" mikrorayonunda azərbaycanlı qətlə yetirilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, insident 28 saylı marşrut avtobusunda baş verib.

Məlumata görə, sərnişin məlum olmayan səbəblərdən bıçaqla 29 yaşlı azərbaycanlıya hücum edib. O, həmyerlimizin döş və qarın nahiyələrinə çoxsaylı zərbələr endirib. Sürücü təcili yardım gəlincə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar